"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis "Neftçi"ni XV turda "Sumqayıt"la ev oyununa (2:2) çıxarıb.
Buna qədər Saşa İliç ("Sumqayıt") və Jorj Kaşkilya ("İmişli") I, Valdas Dambrauskas ("Sabah") II turda debüt edib.
Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.
O, "Neftçi"ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub "ağ-qaralar"ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.
- Vadim Abdullayev: "Finala çıxıb, tarixə düşmək istəyirik"
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- FIFA-nın dəstəyi ilə Bakıda kütləvi futbol festivalı keçirilib
- “Beşiktaş” Emmanuel Aqbadou üçün rəsmi təklif göndərib
- AL: “Tottenhem” çempion - YENİLƏNİB