
"Barselona" futbol klubunun ötən mövsümün sonunda nə qədər qazandığı məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Barsa"nın ötən mövsüm gəliri 994 milyon avro təşkil edib. "Barselona"nın xalis mənfəəti isə cəmi 2 milyon avro olub.
Komanda doğma meydanı "Kamp Nou"da oynamasa da, bilet gəlirinin 39 milyon avro artdığı qeyd edilib.
"Nike" ilə 259 milyon avro dəyərində yeni müqavilə imzalayan "Barselona" sponsorluq gəlirlərində tarixi zirvəyə çatıb.
Qeyd edək ki, İspaniya La Liqasının cari mövsümündə “Barselona” 8 turdan sonra 19 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
- "Sabah"ın yeni baş məşqçisi: "Güclü rəqiblərlə oynamaq istəyirəm"
- Fransa - Azərbaycan: Açıq məşq və mətbuat konfransının vaxtı bəlli olub
- Sane Səudiyyə Ərəbistanı klubunu rədd edib - "Bavariya"da qalmaq istəyir
- Təmsilçimiz Zaqrebdə Avropa çempionu olub
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb