Dembele "İnter Mayami" ilə oyuna çıxacaq
26.06.2025 - 18:54
PSJ-nin vingeri Ousman Dembele zədədən sonra meydana qayıtmağa yaxındır.
Apasport.az xəbər verir ki, Dembele 1/8 finalda "İnter Mayami" ilə qarşılaşmada iştirak etməyə hazırdır.
28 yaşlı futbolçu demək olar ki, optimal vəziyyətdədir.
Ousman Dembele bu mövsüm 49 matçda 33 qol vurub və 15 məhsuldar ötürmə edib.
Qeyd edək ki, fransız futbolçu zədə səbəbindən parislilərin klublarası dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç matçı buraxıb.
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb
- Millimizin 2 boksçusu Debretsendə beynəlxalq turnirə qələbə ilə başlayıb
- Yeniyetmə cüdoçular arasında Liqa yarışının II turu start götürüb
- İslamiada: İslam Bazarqanov finalda!
- Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib
0
0