"Qalatasaray"da 2 ciddi itki
17.10.2025 - 20:20
"Qalatasaray"da 2 ciddi itki

Türkiyə Super Liqasının 9-cu həftəsində "Qalatasaray" sabah səfərdə "Başakşehir"lə qarşılaşacaq .

Apasport.az xəbər verir ki, "cimbom" bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. 

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk sabahkı qarşılaşmada 2 əsas müdafiəçisinin köməyindən məhrum olacaq. 

Belə ki, Liqanın 8-ci həftəsində "Beşiktaş" derbisində zədələnən Kot d-İvuar millisinin müdafiəçisi Vilfrid Sinqo və qırmızı vərəqə alan kolumbiyalı müdafiəçi Davinson Sançes "Başakşehir"ə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Atilla Karaoğlan olacaq.