"Siti" "Nyukasl" səfərindən əliboş qayıdıb
22.11.2025 - 23:45
"Siti" "Nyukasl" səfərindən əliboş qayıdıb

Premyer Liqada XII turun sürpriz nəticələrindən biri “Nyukasl” – “Mançester Siti” qarşılaşmasında qeydə alınıb.

Apasport.az xəbər verir ki, Pep Qvardiolanın komandası səfərdə gözlənilməz xal itkisi ilə üzləşib.

Bu gün baş tutan görüşdə meydan sahibləri turnirin favoritlərindən olan “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edib.

Bu nəticə ilə “Nyukasl” turnir cədvəlində vacib 3 xal qazanaraq irəliləyib, “Siti” isə liderlik yarışında daha da çətin vəziyyətə düşüb.