“1 xal qazanmadıq, 2 xal itirdik” – Canni de Byazi
13.10.2020 - 22:28
“1 xal qazanmadıq, 2 xal itirdik” – Canni de Byazi

“Elə oyun idi ki, qol vurmalıydıq. Birinci hissədə çox qol imkanları yaratdıq, hətta 3:0 hesabı ilə önə keçə bilərdik. Ancaq heç birindən yararlana bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Kiprlə keçirilən oyunu dəyərləndirərkən deyib.

Komandamız Albaniyanın Elbasan şəhərində baş tutan qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalıb.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis ikinci hissədəki əvəzləmələrlə qol axtarışını davam etdirməyə çalışdıqlarını vurğulayıb: “Açığı, 3 xal üçün yaxşı konsentrasiya olmuşduq. Qrupda son şansımız idi. Ancaq alınmadı. İkinci hissədəki əvəzləmələrlə çalışdıq meydanda genişlik yaradaq və hücumameyilli oyun sərgiləyək. Albaniyada nə vaxtsa uduzduğum yadımda dedil. Ancaq qələbə qazandığım matçları xatırlayıram. Bu gün isə 1 xal qazanmadıq, 2 xal itirdik”.

De Byazi qolla nəticələnməyən penalti zərbəsini Qara Qarayevin vurmasını özünün tapşırdığını söyləyib.

0
Azərbaycan - Kipr Millətlər Liqası Canni de Byazi