“Alanyaspor”un futbolçusu dünya ikincisi oldu
01.02.2022 - 12:24
“Alanyaspor”un futbolçusu dünya ikincisi oldu

2022-ci ilin ən yaxşı bombardirləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS yüksək liqalarda ən çox qol vuranların cədvəlini tərtib edib.

Siyahıya 5 və daha çox qol vuran 8 futbolçu düşüb. Qətərin “Əl-Sədd” klubunun hücumçusu Akram Afif hamıdan çox – 8 dəfə fərqlənib.

Planetin ikinci bombardiri Emre Akbabadır. “Alanyaspor”un futbolçusu 6 qola imza atıb. O, həm də Avropada hamıdan öndədir.

Üçüncü pillədə Aymen Hüsseyn qərarlaşıb. İraqlı futbolçu Qətərin “Umm Salal” klubunda 6 qol vursa da, əlavə göstəricilərdə geri qalır.

Qeyd edək ki, Azərbaycanda Premyer Liqa yalnız fevralda start götürəcəyindən təmsilçilərimiz qol sevinci yaşamayıb.