“Arsenal”a keçdi - Edeqor
20.08.2021 - 11:36
“Arsenal”a keçdi - Edeqor

İspaniyanın “Real” klubunun futbolçusu Martin Edeqor “Arsenal”a keçib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İngiltərə təmsilçisi ilə müqavilə imzalayıb.

Anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 22 yaşlı futbolçu yeni klubunda 8 nömrəli formanı daşıyacaq. Onun keçidi 35 milyon avroya gerçəkləşib.

Qeyd edək ki, Edeqor ötən mövsümün yarısını icarə əsasında “Arsenal”da keçirib.