“Atalanta”da islahatlar
19.04.2022 - 00:00
İtaliyanın “Atalanta” klubu heyətində ciddi islahatlar aparacaq.
Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisinin rəhbərliyi uğursuz mövsümün ardından komandada təmizləmə işləri aparmağa qərar verib.
“Atalanta”nın Avropa Liqası ilə 1/4 finalda vidalaşması rəhbərliyi narazı salıb. Bu üzdən Ruslan Malinovski, Mario Paşaliç, Matteo Pessina, Aleksey Mirançuk və Luis Muriellə yollar ayrılacaq. Rafael Toma və Luis Palomino da eyni taleyi yaşaya bilər.
Qeyd edək ki, Berqamo klubu, A seriyasında 8-ci pillədə qərarlaşıb.
0
0