“Atletiko” “Arsenal”ın müdafiəçisinə göz dikdi
19.04.2022 - 13:49
“Arsenal”ın müdafiəçisi Vilyam Saliba İspaniyaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu “Atletiko”nun transfer gündəmindədir.
2019-cu ildə London klubuna keçən Saliba həmin vaxtdan bəri üç kluba icarəyə verilib. Fransalı hazırda “Marsel”də eyni şərtlərlə oynayır. “Atletiko” Fransa millisinin debütantı ilə müdafiə xəttində rəqabəti artırmağı düşünür.
Qeyd edək ki, Vilyam Saliba bu mövsüm bütün turnirlərdə 45 oyunda iştirak edib.
0
0