İspaniyanın “Atletiko” klubunun uruqvaylı futbolçusu Luis Suareslə müqaviləsinin detallarından biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, cənubi amerikalı hücumçu mövsümün sonunda müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir.
O, belə addımı iyunun 30-dək ata bilər. Suaresin 2022-ci ilin yayında başa çatacaq anlaşmanı vaxtından tez xitam vermək ehtimalı klub rəhbərliyini narahat edir. Madridlilər 16 qolla La Liqanın bombardiri olan forvardın əldən buraxmaq istəmir.
Qeyd edək ki, 2014-cü ildə David Vilya analoji şərtdən yararlanaraq bir mövsümdən sonra “Atletiko”dan ayrılıb.