“Atletiko”nun yarımmüdafiəçisi Saul yenidən digər klubların maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı orta sahə oyunçusunu bu dəfə “Liverpul” transfer etmək fikrinə düşüb.
Keçidi tez bir zamanda reallaşdırmaq istəyən Premyer Liqa təmsilçisi qarşı tərəflər danışıqlara başlayıb. “Mersisaydlılar” bu transfer qarşılığında Madrid klubuna 40 milyon avro ödəməyə hazırdır. Ancaq futbolçu həmçinin “Mançester Yunayted” və “Çelsi”nin də gündəmindədir.
Qeyd edək ki, “Atletiko” ilə müqavilə müddəti 2026-cı ilə qədər olan Saul bir müddət əvvəl “Bavariya”nın təklifini rədd edib.