“Ayaks”ın hücumçusu Sebastyen Aller karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun xidmətində “İnter” maraqlıdır.
Fil Dişi Sahili millisinin üzvü üçün A seriyasının son çempionu ilk təklifini edib. “Neradzurra”nın direktoru oyunçunun təmsilçiləri ilə görüşərək, bu transferin mövsümünün sonunda reallaşmasının mümkünlüyünü müzakirə edib. “Ayaks” qolçusunun keçidindən təxminən 35 milyon avroluq qazanc götürmək niyyətindədir. Milanlılar isə məbləği aşağı salmağa ümid edir. Aller özü də İtaliyaya köçmək istəyir.
Qeyd edək ki, Sebastyen Aller bu mövsüm Niderland çempionatında 23 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə verib.