“Azərbaycan millisinin hücumda bacarıqlı futbolçuları var” – slovakiyalı mütəxəssis
05.10.2020 - 12:00
“Azərbaycan millisinin hücumda bacarıqlı futbolçuları var” – slovakiyalı mütəxəssis

“Bizi Azərbaycan yığması kimi güclü rəqib gözləyir”. 

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya U-21 millisinin baş məşqçisi Yaroslav Kentoş deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oktyabrın 8-də keçiriləcək matçı barədə fikirlərini açıqlayıb. Kentoş millimizin güclü rəqib olduğunu bildirib: “Bu komanda müdafiədə çox yaxşı təşkil olunub. Azərbaycan millisinin hücumda bacarıqlı futbolçuları var. Onlar topla yaxşı oynayır, həmçinin digər fərdi texniki keyfiyyətlərə malikdir”.

Qeyd edək ki, oktyabrın 8-də baş tutacaq Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.