“Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı” - Slovakiya millisinin baş məşqçisi
06.09.2019 - 23:48
“Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı” - Slovakiya millisinin baş məşqçisi

“Rəqib komandanı və məşqçi heyətini qələbə münasibəti ilə təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin baş məşqçisi Adrian Qula deyib.

O, AVRO-2021-in seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyunu barədə fikirlərini açıqlayıb. Slovakiyalı mütəxəssis 1:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında yenilginin səbəblərindən danışıb: “Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı. Bizim futbolçular isə əksinə, qarşılaşmaya heç cür köklənə bilmədilər. Görüşün son dəqiqələri isə bizim üçün uğursuz alındı. Rəqibin vurduğu ikinci qolda taktiki səhvə yol verdik. Seçmə mərhələdə ilk oyunumuzdu. Bu qarşılaşmanı unutmalı, növbəti görüşlərə köklənməliyik”.

0
Adrian Qula U-21 AVRO-2021