“Çətin oyun keçdi. Elə bu cür də gözləyirdik”.
Apasport.az saytının məlumatına görə, bunu Sloveniya yığmasının futbolçusu Kenan Bayriç Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib.
26 yaşlı mərkəz müdafiəçisi qolsuz bərabərliklə başa çatan matçla bağlı təəssüratlarını bölüşüb. O, birinci hissədəki çıxışlarından razı qalmadığını söyləyib: “Birinci hissədə axtarışda olduq. İstədiyimiz kimi oyun sərgiləmədik. Ancaq ikinci hissə daha yaxşı alındı. Daha çox qol imkanlarımız oldu. Rəqibi bir qədər sıxsaq da, bunun xeyri olmadı”.
Qeyd edək ki, Sloveniya yığması Millətlər Liqasındakı son matçlarını noyabrın 15-də Kosovo, 18-də isə Yunanıstana qarşı keçirəcək.