“Barselona” “Milan”ın hücumçusunu istəyir
12.03.2022 - 00:48
“Milan”ın hücumçusu Rafael Leau İspaniyaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı forvard “Barselona”nın diqqət mərkəzindədir.
Kataloniyalılar bu keçidi yayda reallaşdırmaq üçün qarşı tərəflə danışıqlara başlayıb. 22 yaşlı oyunçunun “rossonyerlər”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Gənc oyunçunun transfer qiyməti 35 milyon avroya bərabər göstərilir.
Qeyd edək ki, Rafael Leau bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0