“Barselona” 19 ildən sonra...
19.04.2022 - 09:24
“Barselona” 19 ildən sonra...

“Barselona” ardıcıl ikinci ev məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, ötən həftə Avropa Liqasının 1/4 finalının cavab oyununda “Ayntraxt”a 2:3 hesabı ilə uduzan İspaniya nəhəngi La Liqada “Kadis”ə bir cavabsız qolla yenilib.

Barselonanın eyniadlı təmsilçisi son 19 ildə ilk dəfə ardıcıl 2 ev matçında uduzub. Belə uğursuzluğa sonuncu dəfə 2003-cü ilin aprelində təsadüf olunub.

Qeyd edək ki, 31 oyunda 60 xal toplayan Xavinin komandası turnir cədvəlində ikincidir.