“Barselona”nın “Spotify” ilə sponsorluq müqaviləsinin təfərrüatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, kataloniyalılar bu əməkdaşlıqdan hər il 67,5 milyon avroluq gəlir götürəcək.
Bu məbləğ 70 milyon avroya qədər yüksələ bilər. Eyni zamanda La Liqa təmsilçisi sponsordan əlavə 2,5 milyon avro da ala bilər. Ancaq sözləşməyə salınan həmin bəndin nə olduğu bildirilməyib.
Ümumilikdə “Barselona” 4 il ərzində 275 milyon avro qazanacaq. Müddət bitdikdən sonra “Spotify” müqaviləni daha 15 illik yeniləmək hüququna malik olacaq. Belədə isə şirkət kluba ildə 15-20 milyon avro ödəniş edəcək.