“Kasemiro ən yaxşı yarımmüdafiəçi deyilsə də, dünyanın ən yaxşılarından biridir. Bunu görmək üçün onun oyunlarını izləmək kifayətdir”.
Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın kapitanı Serxio Buskets əzəli rəqibləri “Real”da eyni funksiyanı yerinə yetirən Kasemiro barədə danışarkən deyib.
34 yaşlı dayaq yarımmüdafiəçisi braziliyalı həmkarı barədə xoş fikirlər səsləndirib: “Kasemiro diqqətini qollara, driblinqə və ötürmələrə yönəldir. Yarımmüdafiəçilərin işi nisbətən az görünür. Ancaq mərkəzdə olmaq, hər şeyə nəzarət etmək çox vacibdir. Kasemiroya heyranam. Yaxşı futbolçulardan xoşum gəlir. “Real”da belələri çoxdur, amma komanda yoldaşlarımı onlara dəyişmərəm”.
Qeyd edək ki, La Liqanın XXIX turu çərçivəsində martın 20-də “Real”la “Barselona” üz-üzə gələcək.