“Barselona”nın yetirməsi Bundesliqanın liderində
22.01.2020 - 17:03
Almaniyanın “Leypsiq” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Bundesliqanın lideri qapıçı Xosep Martineslə müqavilə imzalayıb.
Son klubu İspaniya “Las-Palmas”ı olan qolkiperlə 4 illik müqavilə imzalanıb. “Barselona” akademiyasının 21 yaşlı yetirməsi yayda Almaniya klubuna keçəcək və 2023/24 mövsümünün sonunadək “Leypsiq”in şərəfini qoruyacaq.
Qeyd edək ki, 2017-ci ildə “Barselona”dan ayrılan Xosep həmin vaxtdan “Las-Palmas”ın formasını geyinir.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0