“Bavariya” dünya çempionatına yollana bilmir – Doxaya
06.02.2021 - 12:05
Klublararası dünya çempionatına qatılacaq Almaniyanın “Bavariya” klubu turnirin keçirildiyi Qətərə yollanmaqda problemlə üzləşib.
Apasport.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarımfinalda Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq “Bavariya”nın Dohaya uçuşu təxirə salınıb. Artıq 7 saatdan çoxdur ki, komanda təyyarənin havaya qalxması ilə bağlı problemin həll edilməsini gözləyir.
Qeyd edək ki, “Əl-Əhli” – “Bavariya” oyunu fevralın 8-də keçirilməlidir.
0
0