“Bavariya” hücumçusunu göndərdi – icarəyə
16.01.2021 - 21:54
“Bavariya” hücumçusunu göndərdi – icarəyə

Almaniyanın “Bavariya” klubu hücumçusu Leon Dyakanı icarəyə göndərib.

Apasport.az saytının məlumatına görə, forvard Bundesliqanın digər təmsilçisi “Union”da çıxış edəcək.

19 yaşlı almaniyalı mövsümün sonunadək Berlin klubunda oynayacaq. Anlaşmada futbolçunun sonradan transfer etmək hüququnun “Union”a verilməsi də yer alıb.

Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan hücumçu 2019-cu ildən “Bavariya”nın heyətində oynayır.