“Bavariya” qiymət qoydu – Levandovskiyə
19.08.2021 - 12:18
Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyanın “Bavariya” klubunu tərk etmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, hücumçu Avropanın digər aparıcı klubuna keçmək arzusundadır.
Lakin “Bavariya” rəhbərliyi polşalı forvard üçün 117 milyon avro tələb edir. Bu qiymət potensial müştəriləri qorxuda və Robertin keçidinə mane ola bilər.
Qeyd edək ki, hücumçu ötən mövsüm 40 oyunda 48 qol vurub. Onun Münhen təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0