“Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının qrup mərhələsində Moskva “Lokomotiv”i ilə keçirilən oyunda start heyətində yer alıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Münhen klubunun heyətində 545-ci rəsmi matçına çıxıb.
31 yaşlı hücumameyilli oyunçu bununla ən çox oyun keçirənlər sıralamasında 6-cı pillədəki Klaus Auqentalerin göstəricisini təkrarlayıb. Müller zirvəyə yüksəlmək üçün növbə ilə Hans-Qeorq Şvartsenbek (554 oyun), Frans Bekkenbauer (582), Gerd Müller (605), Oliver Kan (632) və Zepp Mayeri (700) geridə qoymalıdır.
Qeyd edək ki, hazırda davam edən “Lokomotiv” – “Bavariya” görüşündə qonaqlar 1:0 hesabı ilə öndədir.