“Bavariya”da yeni müqavilə
18.04.2022 - 23:24
“Bavariya” yarımmüdafiəçisi Tomas Müllerlə yeni müqavilədə ortaq məxrəcə gəlib.
Apasport.az saytının məlumatına görə, tərəflər sözləşmənin uzadılmasını qərara alıb.
32 yaşlı hücumameylli oyunçu 2023-cü ilin yayına qədər olan müqavilə müddətini daha 2 il uzadacaq. Bu isə o deməkdir ki, ulduz futbolçu 2025-ci ilin yayınadək Münhen klubuna məxsus olacaq.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Tomas Müller bu mövsüm Bundesliqada 29 oyuna çıxıb, 7 qol vurub, 19 məhsuldar ötürmə verib.
0
0