“Bavariya”da daha bir itki
17.03.2022 - 14:41
“Bavariya”da daha bir itki

“Bavariya” daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Niklas Süle sıradan çıxıb.

Hücumçu Robert Levandovski kimi, 26 yaşlı arxa xətt oyunçusu da məşq zamanı zədələnib. Klubun mətbuat xidməti onun dizində problem yarandığını açıqlayıb. Almaniya millisinin üzvünün nə zaman yaşıl meydanlara qayıdacağı tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Niklas Süle bu mövsüm 33 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.