“Bavariya”da yeni futbolçu – 19 yaşında
06.10.2020 - 22:44
Almaniya çempionu “Bavariya” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi 19 yaşlı yarımmüdafiəçi Tyaqu Dantaşla güclənib.
Orta sahə oyunçusu “Benfika”dan icarəyə götürülüb. Anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Dantaş Portuqaliyanın U-20 yığmasının şərəfini qoruyur.
0
0