“Bavariya”da yeni yarımmüdafiəçi – “Espanyol”dan aldı
04.10.2020 - 21:49
Almaniyanın “Bavariya” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Bundesliqa klubu İspaniya təmsilçisi “Espanyol”un yarımmüdafiəçisi Mark Rokanı transfer edib.
Futbolçu ilə 5 illik müqavilə imzalanıb. 23 yaşlı Roka 2025-ci ilin yayına qədər Münhen təmsilçisində çıxış edəcək. “Bavariya” bu transfer üçün bonuslar nəzərə alınmadan 15 milyon avro ödəyib.
Qeyd edək ki, Roka “Espanyol”da keçirdiyi 121 oyunda 6 qol vurub.
0
0