“Bavariya”dan Noyerlə bağlı qərar
19.04.2022 - 09:41
“Bavariya”dan Noyerlə bağlı qərar

“Bavariya”da daha bir aparıcı futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Tomas Müllerdən sonra qapıçı Manuel Noyer də qalmağı qərarlaşdırıb.

Bundesliqa çempionu Müller kimi, kapitanla da sözləşməni 2 il müddətinə uzadacaq. 36 yaşlı qolkiper 2025-ci ilin yayına qədər münhenlilərə məxsus olacaq. Onun hazırkı anlaşması gələn ilin yayına kimidir.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, Bundesliqada keçirdiyi 463 oyunda 378 qol buraxıb.