“Beşiktaş” Vidaya əvəzləyici tapdı
03.03.2022 - 17:40
“Beşiktaş” Vidaya əvəzləyici tapdı

Argentinanın “Defansa” klubunun futbolçusu David Martines karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Beşiktaş” mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.

Mövsümün sonuna qədər olan müqaviləsini hələ də yeniləməyən xorvatiyalı Domaqoy Vidaya alternativ axtarışına çıxan İstanbul təmsilçisi hazırda icarə əsasında “River Pleyt”də çıxış edən Martinesi ən layiqli namizəd sayır.

Qeyd edək ki, 24 yaşlı paraqvaylı oyunçunun transfer qiyməti 6,5 milyon avroya bərabər göstərilir.