“Bizi “Qarabağ”la rəngarəng oyunlar gözləyir” – “Sivasspor”un prezidenti
15.10.2020 - 15:47
“Bizi “Qarabağ”la rəngarəng oyunlar gözləyir” – “Sivasspor”un prezidenti

“Ölkəmizi Avropa Liqasında təmsil edən yeganə komandayıq. Bunun bir az həyəcanı var və məsuliyyətini dərk edirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunun prezidenti Məcnun Otyakmaz “BeIN Sports”a açıqlamasında deyib.

Super Liqa təmsilçisinin rəhbəri Avropa Liqasında xallar qazanaraq, Türkiyənin reytinqdəki xal ehtiyatını artırmaq niyyətində olduqlarını söyləyib: "Bu turnirdəki vəzifəmiz çox önəmlidir. Qəribə qrupa düşmüşük, “Vilyarreal”la matçdan sonra “Qarabağ” və “Makkabi” ilə qarşılaşacağıq. Bizi rəngarəng oyunlar gözləyir”.

Qeyd edək ki, “Qarabağ”la “Sivaspor” arasında oyunlar noyabrın 5-də Sivasda, noyabrın 26-da isə Bakıda keçirəcək.
 

0