
“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev deyib.
O, Millətlər Liqasının V turunun Monteneqro ilə görüşü öncəsi təşkil olunan mətbuat konfransında sabah Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb: “Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.
Qeyd edək ki, yığmamızın “İvan Laylak-İviç” stadionunda keçirəcəyi ev matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.