“Cavab oyununda...” – darmadağına üzülən “Sabah”ın baş məşqçisi
15.12.2019 - 18:45
“Cavab oyununda...” – darmadağına üzülən “Sabah”ın baş məşqçisi

"Bu gün rəqib ağıllı futbol oynadı. Onları qələbə münasibətilə təbrik edirəm”. 

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyunu barədə fikirlərini açıqlayıb. O, 0:3 hesablı darmadağını şərh edib: “Futbol qol vurmaq üçündür. Bu gün imkanlarımızdan istifadə edə bilmədik. Cavab oyununda yaxşı nəticə qazanmaq üçün var gücümüzlə mübarizə aparmalıyıq".
 

0
Sabah Jelko Sopiç Qəbələ