“Çelsi” müdafiəçisinə qiymət qoydu – 20 milyon
05.12.2020 - 12:57
“Çelsi” müdafiəçisinə qiymət qoydu – 20 milyon

İtaliyanın “Çelsi” klubu futbolçusu Markos Alonsonun qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi müdafiəçini 20 milyon avroya satmağa hazırdır.

Premyer Liqa klubu futbolçunun xidmətində maraqlı olan İtaliya “İnter”in bu məbləği istəyib. 29 yaşlı ispaniyalının transferində Milan təmsilçisinin baş məşqçisi Antonio Konte maraqlıdır.

Qeyd edək ki, Alonso “Çelsi”yə 2016-cı ildə “Fiorentina”dan keçib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

0