“Çelsi”də qalmaq istəmir - Villian
28.07.2020 - 13:18
İngiltərənin “Çelsi” klubunun futbolçusu Villian yay fasiləsində komandanı tərk edəcək.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Frank Lempardın da komandada saxlamaq istədiyi yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləni uzatması real deyil.
Çünki braziliyalı daha cəlbedici təkliflər alıb. Onun elə Londonda qalacağı gözlənilir.
Villian “Arsenal”ın təklifini dəyərləndirmək niyyətindədir. Azad agent statusu alacaq 31 yaşlı cənubi amerikalı “topçular”ın heyətini gücləndirməlidir.
0
0