“Çelsi”yə daha bir müştəri
16.03.2022 - 18:05
“Çelsi”yə daha bir müştəri

“Çelsi” klubu üçün daha bir müştəri çıxıb.

Apasport.az saytının məlumatına görə, Rikkets ailəsi London təmsilçisinin səhmlərini almaq niyyətindədir.

ABŞ-ın Milli Beyzbol Liqasında çıxış edən “Çikaqo”nun sahibləri Premyer Liqa təmsilçisi üçün rəsmi danışıqlara başlayıb. Ailənin nümayəndəsi mətbuata açıqlamasında bunu təsdiqləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Britaniya hökuməti “Çelsi”nin sahibi Roman Abramoviçə sanksiyalar tətbiq edib, kluba da qadağalar qoyub.