“Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Keşlə”ni qəbul edən Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Oyunsonrası mətbuat konfransında Qurbanovun qalibiyyət şərhi belə olub: “Futbolçular son dəqiqələrə qədər tempi saxladılar. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq”.
- Qış fasiləsində gedənlər və gələnlər olacaqmı?
- Danışıq apardıqlarımız var, axtarışlar davam edir. Amma sonda necə olacaq, bilmirik. Bəzi dəyişikliklər ola bilər.
- Beqoviç məsələsində bir yenilik var?
- Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. “Bornmut” rəhbərliyi ilə yaxşı münasibət var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir.
- Milli komandaya qayıtmaq təklifi alsanız, necə dəyərləndirərsiniz?
- Bu sualın cavabı burda qalsın. “Qarabağ”la daha yaxşı hazırlaşaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı