“Everton” ukraynalı hücumçunu istəyir
31.01.2022 - 22:36
“Everton”un baş məşqçisi təyin olunacaq Frenk Lempardın komandasında görmək istədiyi daha bir oyunçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, ingiltərəli mütəxəssis Roman Yaremçukun transferini istəyib.
“Benfika” ukraynalı hücumçunu satmağın əleyhinə deyil. Portuqaliyalılar 26 yaşlı forvard üçün 17 milyon avro istəyir. İngiltərədə qış transfer pəncərəsi bu gün bağlanacağından keçid bu gün rəsmiləşməlidir.
Qeyd edək ki, Roman 2021-ci ilin yayında Lissabon təmsilçisinə keçib.
0
0