“Fənərbaxça”nın futbolçusuna daha bir müştəri
17.03.2022 - 12:25
“Fənərbaxça”nın müdafiəçisi Min Jae Kim Avropanın daha bir klubundan təklif alıb.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu “Tottenhem”dən sonra “Napoli”nin də transfer gündəminə düşüb.
İtaliya klubu Cənubi Koreya yığmasının mərkəz müdafiəçisini mövsümün sonunda transfer etmək niyyətindədir. Uzun müddətdir onun çıxışını izləyən A seriyası təmsilçisi Türkiyə klubu ilə danışıqlara başlayıb. İstanbullular onun transferindən ən azı 15 milyon avroluq qazanc götürməyi planlaşdırır.
Qeyd edək ki, Min Jae Kimin “Fənərbaxça” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
0
0