“Formula-1” Rusiya Qran-prisi ilə müqaviləni ləğv etdi
03.03.2022 - 15:18
“Formula-1” üzrə Rusiya Qran-prisi ilə müqaviləyə xitam verilib.
Apasport.az xəbər verir ki, buna səbəb kimi Rusiya və Ukrayna arasındakı münaqişə göstərilib.
Təşkilatçılar bildirib ki, baş verənlərdən sonra Rusiyada yarış keçirmək mümkünsüzdür. Bu üzdən Rusiya Qran-prisi ilə müqavilə ləğv edilib.
Bu isə o deməkdir ki, bu ilki Soçu Qran-prisi ilə yanaşı, gələn il Sankt-Peterburqda baş tutacaq mərhələ də gerçəkləşməyəcək.
Qeyd edək ki, “Formula-1”də yeni mövsümə martın 20-də Bəhreyndə start veriləcək. 10-12 iyunda Bakıda Azərbaycan Qran-prisi keçiriləcək.
0
0