“Fərqli olacaq" - Dani Kintana
02.10.2019 - 21:41
“Fərqli olacaq" - Dani Kintana

"Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki "Düdelanj" tam başqa komandadır”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Dani Kintana deyib.

İspaniyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj”la sabahkı görüşü ərəfəsində mətbuat konfransında iştirak edib. D.Kintana Lüksemburqdakı qarşılaşma haqda fikirlərini bölüşüb: “Düdelanj”ın kifayət qədər təcrübəsi var. Tamamilə fərqli oyun olacaq. Sabahkı qarşılaşmada maksimum diqqətli olmalıyıq".