“Hələ də vəhşi kimidir” – Ronaldonu “Vulverhempton”a “caladılar”
12.11.2020 - 14:13
“Hələ də vəhşi kimidir” – Ronaldonu “Vulverhempton”a “caladılar”

“Kriştiano Ronaldonu “Vulverhempton”da görmək istəyirəm. Klubun portuqaliyalılarla əlaqələrini nəzərə alsaq, bu keçid faydalı ola bilər”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Uotford” klubunun futbolçusu Troy Dini deyib.

Komandasının kapitanı olan təcrübəli futbolçu İtaliya “Yuventus”undan ayrılacağı gözlənilən Kriştiano Ronaldonu Premyer Liqada görmək istədiyini açıqlayıb: “Kriştiano yaşlanıb, amma ikinci mərtəbədə də yaxşıdır və təslim olan futbolçuya bənzəmir. Fiziki planda o, hələ də vəhşi kimidir. Onun keçidindən sonra forma satışı ən üst səviyyəyə qalxar. “Vulverhempton” yaxın illərdə “Top-6”da yer almaq üçün mübarizə aparacaq. Klub növbəti addımı atmaq istəyirsə, Ronaldo onlara lazım olan oyunçudur. Əgər Kriştiano “Yuventus”dan getsə və Premyer Liqanın “Top-10”dan heç bir klub onu heyətinə qatmağa cəhd etməsə, təəccüblənərəm. Əgər oynamaq üçün ABŞ-a getsə, hamısı bunun bir az qəribə olduğunu deyəcək”.