“Hələ gəncəm” - Mourinyo
04.12.2020 - 12:50
“Hələ gəncəm” - Mourinyo

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo karyerasını bitirəcəyi tarixə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, 57 yaşlı portuqaliyalı hələ 15 ilə yaxın çalışmaq fikrindədir.

Bunu Mourinyonun özü açıqlayıb: “İndi 57 yaşım var. Məşqçi üçün hələ gəncəm. Bundan sonra 10-15 il işləsəm çalışsam, təəccüblənmərəm. Uğur və uğurlu karyerası arasında nəhəng fərq var. Uğur anidir. İstedadla da bağlı ola bilər, lazımi vaxtda, lazımi yerdə olmaqla da. Uğurlu karyera daimi işləmək üzərində qurulub. Mən də həmişə bunu istəmişəm. Bu, mənim qanımdadır. Ola bilər ki, mənim barədə belə düşünmürlər. Amma mən daim nə isə öyrənməyə və daha yaxşı olmağa çalışan biriyəm. 10-20 il əvvəlki ilə müqayisədə daha yaxşıyam”.
 

0