“İnter”lə müqavilə imzalayır – Lautaro Martines
20.01.2021 - 21:07
“İnter”lə müqavilə imzalayır – Lautaro Martines

Avropa nəhənglərinin hədəfində olan Lautaro Martines İtaliyanın “İnter” klubunda qalmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, hücumçu yaxın günlərdə yeni müqavilə imzalayacaq.

Anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Argentinalı futbolçu bu müqaviləyə əsasən ildə bonuslarsız 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Lautaro 2018-ci ilin yayında Argentina “Rasinq”indən 25 milyon avroya transfer olunub.