“Kambek” rekordunu yenilədi – “Real”
28.10.2020 - 09:13
İspaniyanın “Real” klubu Çempionlar Liqasındakı rekordunu yeniləyib.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi turnirin tarixində 8-ci dəfə iki top fərqini aradan qaldırıb.
Bu, Almaniya “Borussiya”sı ilə Mönhenqladbaxdakı qarşılaşmada baş verib. 0:2 hesabı ilə uduzan “Real” “kambek” sayəsində bir xal qazanıb – 2:2.
Çempionlar Liqasında 2 top fərqini ən çox aradan qaldıran digər klublar “Mançester Yunayted”, “Yuventus”, “Arsenal”, “Lion” və Moskva MOİK-idir. Onlar hərəyə 4 belə “kambek” gerçəkləşdirib.
0
0