“Keşlə” danışılmış oyunlarda iştirak edən əməkdaşları ilə müqavilələrə xitam verdi
27.12.2019 - 22:12
“Keşlə” danışılmış oyunlarda iştirak edən əməkdaşları ilə müqavilələrə xitam verdi

Bakının “Keşlə” klubu danışılmış oyunlarda günahları sübut olunmuş əməkdaşları ilə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, əsas komandasının məşqçisi Mehman Babayev və inzibatçısı Asəf Səfərov klubdan kənarlaşdırılıb.

Onların müqavilələrinə xitam verilib. Müvafiq qərar klubun daxilində keçirilmiş iclasdan sonra qəbul olunub.

Qeyd edək ki, adı çəkilən şəxslər 2017-ci ildə paytaxtın digər təmsilçisi “Binə”də çalışarkən oyunların manipulyasiyasında günahkar sayılıblar. Onlar bu işdə iştirak etdiklərinə görə bir müddət əvvəl hüquq-mühafizə orqanlarına izahat veriblər.
 

0
Keşlə danışılmış oyunlar Mehman Babayev