Albaniyanın “Laçi” klubunun Avropa Liqası üçün heyəti müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Keşlə”nin I təsnifat mərhələsindəki rəqibi sifariş vərəqini UEFA-ya təqdim edib.
Qitə futbol qurumu Albaniya klubunun iştirak ərizəsini öz saytında yerləşdirib. Heyətdə 20 futbolçu yer alıb. Bunlardan ikisi qapıçı, yeddisi müdafiəçi, yeddisi yarımmüdafiəçi, dördü hücumçudur.
Qapıçılar: 1. Edmir Sali, 31. Alen Şerri;
Müdafiəçilər: 11. Rudolf Turkay, 13. Renato Malota, 18. Dorian Korçiku, 22. Albion Marku, 24. Endrit Marku, 55. Aleksandar İqnyatoviç (Serbiya), 6. Adolf Selmani;
Yarımmüdafiəçilər: 6. Yulian Şehu, 8. Lukas Ramos De Oliveyra (Braziliya), 10. Reci Luşkya, 21. Ardit Deliu, 23. Donald Rapo, 77. Kleydi Rapo, 95. Teko (Braziliya);
Hücumçular: 7. Redon Cica, 9. Kirian Nvabueze (ABŞ), 14. Mentor Mazrekay, 17. Fatmir Prenqay.
Baş məşqçi: Armando Kunqu.
Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu sabah "ASK Arena"da keçiriləcək.