"Keşlə"də daha bir futbolçunun aqibəti bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Sezar Meza Kolli klubla yollarını ayırıb.
Bu barədə paraqvaylı pleymeyker özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib. "Keşlə"dəki oyununun videogörüntülərini paylaşan komandanın lideri "Sağ ol, "Keşlə" yazıb və bakılılarla vidalaşıb. Onun karyerasını "Neftçi"də davam etdirməsi gözlənilir.
Qeyd edək ki, Sezar Meza Kolli" "Keşlə"nin yola saldığı 6-cı futbolçu olub. Ona qədər Azərbaycan kubokunun qalibi Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Vüsal İsgəndərli və Yevgeni Koçuk paytaxt təmsilçisi ilə vidalaşıb.