"Təlim-məşq toplanışında ilk oyunumuz idi. Məşqdə buna çox hazırlaşırdıq".
Apasport.az saytının məlumatına görə, bunu Tula "Arsenal"ının yarımmüdafiəçisi Kinqs Kanqva Antalyada Bakı klubu "Keşlə" ilə keçirilən yoldaşlıq oyunu barədə danışarkən deyib.
Rusiya klubunun 2:1 hesablı qələbə qazandığı qarşılaşmanı dəyərləndirən Zambiya millisinin üzvü vurduğu qola görə sevincli olduğunu söyləyib: "Qələbə növbəti oyunlarda daha inamlı olmağımıza kömək edəcək. Məşqlər indi kifayət qədər çətin olur. Amma çempionata yaxşı hazırlaşmaq çox vacibdir. O ki qaldı vurduğum qola, buna görə çox sevinirəm. Açığı, həmin epizodda əvvəlcə qardaşım Evansa ötürmə vermək barədə düşünürdüm. Ancaq sonra zərbə vurmaq qərarına gəldim. Bu, "Arsenal"da ilk qolumdur, möhtəşəm hissdir".
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı